Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sanitar-təmizlik vəziyyəti ilə bağlı iclas keçirib

29 mart 2019 | 16:00

29 mart 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun sanitar-təmizlik vəziyyəti ilə bağlı iclas keçirilib.

İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşları, rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Bakı Şəhər İcra Hakimiyyətində şəhərin və onun rayonlarının sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirildiyini, sanitar-təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Şəhər İcra Hakimiyyətində komissiyanın yaradıldığını və komissiyanın keçirdiyi reydlər nəticəsində şəhərin ümumi vəziyyətinin qənaətbəxş olduğunu, lakin bəzi ərazilərdə müəyyən nöqsanların mövcudluğunu diqqətə çatdırıb.

A.Qasımov rayonda kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması və daşınması sahəsində bəzi çatışmazlıqların mövcud olduğunu qeyd edib, bu çatışmazlıqların aradan qaldırılması və rayonda məişət tullantılarının daşınmasında vahid sistemin yaradılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə müəyyən işlərin görülməsi üçün rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov çıxışında rayonda abadlaşdırma, yaşıllaşdırma və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri tərəfindən görülməsi nəzərdə tutulan işlər zamanı qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar yuxarı təşkilatlara müraciət edilməsi üçün məlumatların vaxtında Rayon İcra Hakimiyyətinə təqdim edilməsinin zəruriliyini bildirib.

İclasda təsərrüfat və xidmət sahələrinin rəhbərləri görülən tədbirlər barədə məlumat verərək, işlərin daha da keyfiyyətli olması üçün bir sıra təkliflər irəli sürüblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib və sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılmasını Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədova həvalə edib.

Keçidlər