Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun Nizami rayon mərhələsi keçirilib

12 aprel 2019 | 16:00

12 aprel 2019-cu il tarixində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb edilməklə onların ordu sıralarına xidmətə hazırlanmasında “Şahin” hərbi-idman oyununun əhəmiyyətini yüksək dəyərləndiriblər və komandalara qələbə arzulayıblar.

Yarış Əsasnaməyə uyğun olaraq şagirdlərin təntənəli marşla tribuna önündən keçərək sıra hazırlığının səviyyəsinin yoxlanılması ilə başlanıb.

Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi estafet mərhələlərində öz güclərini sınayıblar.

Yarışın nəticəsinə əsasən,  328 nömrəli tam orta məktəbin komandası I yerə, 214 nömrəli tam orta məktəbin komandası II yerə, 210 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib gələn 328 nömrəli tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıb.

Keçidlər