Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dama üzrə rayon turniri keçirilib

12 iyun 2019 | 16:00

12 iyun 2019-cu il tarixində Qara Qarayev prospekti 71 ünvanındakı abad məhəllədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dama üzrə rayon turniri keçirilib.

Olimpiya sistemi üzrə şəxsi növdə ayrı-ayrılıqda oğlanlar və qızlar arasında təşkil olunan turnirdə 30 məktəbli iştirak edib.

Turnirdə oğlanlar arasında I yerə Nihad Dadaşov ("Zəngi" liseyi), II yerə İsa İsmayılzadə (12 nömrəli tam orta məktəb), III yerə Teymur Nəbiyev (272 nömrəli tam orta məktəb), qızlar arasında isə I yerə Lalə Abbasova (10 nömrəli tam orta məktəb), II yerə Zərifə Rəhimli (12 nömrəli tam orta məktəb) və III yerə Günel İsayeva (32 nömrəli tam orta məktəb) layiq görülüblər.

Sonda qaliblərə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Keçidlər