Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Əsrin Müqaviləsi"nin 25 illiyinə həsr olunmuş mini futbol turniri keçirilib

30 sentyabr 2019 | 16:00

27-30 sentyabr 2019-cu il tarixlərində 61 nömrəli tam orta məktəbin mini futbol meydançasında "Əsrin Müqaviləsi"nin 25 illiyinə həsr olunmuş mini futbol /Məhəllə futbolu 4*4/ üzrə rayon turniri keçirilib.

Turnirdə tərkibində 120 nəfər gənc olmaqla 10 komanda iştirak edib.

Gərgin və maraqlı keçən idman mübarizəsində l yeri 12 nömrəli tam orta məktəbin, ll yeri 61 nömrəli tam orta məktəbin, lll yeri 220 nömrəli məktəb-liseyin komandaları tutublar.

Sonda qalib komandalara Nizami Rayonu Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Keçidlər