Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii kompozisiya keçirilib

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 113 №-li körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların iştirakı ilə ədəbi-bədii kompozisiya keçirilib.

İlk öncə çıxış edən 113 №-li körpələr evi-uşaq bağçasının metodisti Nəsibə Bayraməliyeva ən müqəddəs rəmzlərdən olan bayrağın millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu qeyd edərək bayrağın dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsi olduğunu vurğulayıb. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımızın milli qürurumuz olduğunu bildirən N. Bayraməliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib.         

Sonra 113 №-li körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, Dövlət Bayrağına və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycanda dövlət atributlarına hörmət və ehtiramın yüksək səviyyədə olduğunu və bunun ulu öndər Heydər Əlıiyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmz­lərinə olan münasibətindən qaynaqlandığını qeyd edib. Dövlət başçısının müstəqilliyimizin simvolu olan dövlət atributlarının əhəmiyyətini artırmaq, onların məna və mahiyyətini gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən bir çox layihələrin ideya müəllifi olduğunu, 2009-cu ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzaladığını və həmin sərəncamdan sonra hər il 9 noyabr tarixinin möhtəşəm bayram kimi qeyd edildiyini diqqətə çatdırıb.

Dövlət İdarələri  və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nizami rayon Komitəsinin sədri Hacımurad  Hənifəyev və 113 №-li körpələr evi-uşaq bağçasının müdiri Flora Bayramova Azərbaycanın Dövlət Bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bütün nəsillər üçün müqəddəs və yenilməz olduğunu, həmrəylik, türkçülük, dini dəyərlərə hörmət, müasirlik rəmzi olmaqla, həm də milli birliyin simvolu olduğunu söyləyiblər və dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağınin fəxr - fəxarət mənbəyi olduğunu vurğulayıblar.

Keçidlər