Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib

26 noyabr 2019 | 16:00

26 noyabr 2019-cu il tarixində 10 №-li tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Salman oğlu Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, baş məsləhətçi Rauf Mehtiyev, məktəbin direktoru Leyla Məmmədova, müəllimlər, şagirdlər və valideyinlər iştirak edib.

Məktəbin müəllimi Nailə Bayramova çıxışında sinələrini düşmən gülləsinə sipər edən, vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını, belə tədbirlərin şagirdlərimizin milli ruhda tərbiyə alması və vətənpərvərlik ruhunun aşılanmasına istiqamətləndirildiyini bildirib.

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxış edərək belə tədbirlərin şagirdlərin milli-mənəvi və Vətən sevgisi ruhunda tərbiyə almalarında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, eyni zamanda qeyd edib ki, Milli Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu məktəblilər üçün bir örnəkdir.

Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya  nümayiş etdirilib.

Keçidlər