Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ilk dəfə səs verəcək rayon gəncləri ilə görüş keçirilib

22 noyabr 2019 | 16:00

22 noyabr 2019-cu il tarixində  Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Texniki Kollecində ilk dəfə səs verəcək  rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə 150 nəfər rayon gənci iştirak edib.

Tədbiriı giriş sözü ilə açan Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov toplantı iştirakçılarını salamlayaraq, gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsinin, öz hüquq və vəzifələrini mükəmməl bilməsinin vacibliyini qeyd edib və bildirib ki, hər bir gənc seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməlidir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bu gün Azərbaycan gənclərinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını söyləyib, seçki prosesində də gənclərin fəal iştirakı və öz seçici hüquqlarından istifadə etmələri, xüsusən onların ictimai təşəbbüskarlıq göstərmələrinin müsbət amil olduğunu qeyd edib və qarşıdan gələn bələdiyyə seçkilərində gəncləri daha fəal olmağa çağırıb.

24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov və 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev bələdiyyə seçkilərinin tarixi, seçkilərin keçirilməsinin qanunvericilik  əsasları, seçicilərin vəzifələri, seçki hüququ və onun təminatları, seçki günü səsvermə proseduru haqqında geniş məlumat veriblər, eyni zamanda dialoq şəklində davam edən görüşdə gənclərin suallarını cavablandırıblar.

 

 

 

Keçidlər