Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib

03 dekabr 2019 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 3 dekabr 2019-cu il tarixində 238 №-li tam orta məktəbdə şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə “Yol hərəkəti qaydaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəisi, polis polkovniki Vaqif Əsədov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Fərhad Bağırov və məktəbin direktoru Xuraman Osmanova çıxış edərək yol hərəkəti qaydaları barədə məlumatlar veriblər. Çıxışlarda xüsusilə vurğulanıb ki, yol hərəkəti qaydalarının öyrənilməsi təhlükəsizliyin əsaslarından sayılır və məktəblərdə şagirdlərin bu sahədə maarifləndirilməsi çox önəmlidir. Çünki əksəriyyət yol-nəqliyyat hadisələri qaydalara düzgün əməl etməməkdən yaranır.

Tədbirdə şagirdlərə yol-hərəkət qaydaları barədə videoçarxlar göstərilib, onlara lazımi izahlar verilib, həmçinin şagirdlər arasında bu qaydaları bilmə səviyyələri ilə bağlı sorğu keçirilib, şagirdlərin və valideynlərin sualları cavablandırılıb, iştirakçılara məlumat kitabçaları paylanılıb.

Tədbirin sonunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş olunub, yol hərəkəti qaydaları ilə bağlı keçirilən yarışmanın qalibləri mükafatlandırılıb.

 

 

Keçidlər