Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “İlin yekunları" adlı toplantı keçirilib

27 dekabr 2019 | 16:00

27 dekabr 2019-cu il tarixində 210 nömrəli tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "İlin yekunları" adlı toplantı keçirilib.

Toplantını giriş sözü ilə açan Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və 2019-cu ilin yekunları ilə bağlı geniş məlumat verib.

Sonra 201 nömrəli tam orta məktəbin Uşaq birliyinin rəhbəri Aynur Qasımzadə və Bakı Texniki Kollecinin Tələbə gənclər təşkilatının sədri Nail Nəbiyev çıxış edərək ötən il  ərzində keçirilən mədəni kütləvi və idman tədbirlərinin gənclərin hərtərəfli inkişafındakı əhəmiyyətindən danışıblar.

Sonda 2019-cu ildə rayonda keçirilən mədəni kütləvi və idman tədbirlərində iştirak edərək yüksək nəticə göstərmiş gənclərə, həmçinin Bədən tərbiyəsi müəllimlərinə Gənclər və İdman İdarəsinin diplomları və sertifikatları təqdim olunub.  

Keçidlər