Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Namiq Həmzəyevin anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib

28 dekabr 2019 | 16:00

28 dekabr 2019-cu il tarixində şəhid Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə onun anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev, ictimai birliklərin rəhbərləri, məktəb direktorları, müəllimlər, valideyinlər və yuxarı sinif şagirdləri iştirak edib.

Öncə tədbir iştirakçıları tərəfindən Namiq Həmzəyevin məktəbin həyətindəki  büstünün önünə gül dəstələri qoyulub. Məktəbin akt zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra filmin rejissoru Nicat Cəlilov çıxış edərək, bu filmi böyük maraq və qürur hissi ilə çəkdiyini, Namiq Həmzəyevin keçdiyi döyüş yolunu və qəhrəmanlığını gənclərimizə bir örnək olaraq göstərmək istədiyini bildirərək, iştirakçıları filmə baxmağa dəvət edib.

Filmin nümayişindən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, AQMƏVŞA İctimai Birliyinin sədr müavini Şura Musayev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və 238 saylı tam orta məktəbin direktoru Xuraman Osmanova bu təhsil ocağının vətənpərvərlik ənənəsindən danışıb, filmin yaradıcı heyətinə təşəkkür edib, şəhidin anası Xətayə Həmzəyevaya belə qəhrəman oğul böyütdüyü üçün minnətdarlıqlarını bildiriblər.

Şəhidin anası Xətayə Həmzəyeva çıxışında filmin çəkilişi ilə sanki övladının yenidən dünyaya gəldiyini bildirərək, bu işdə zəhməti olan hər bir kəsə, xüsusilə filmin rejissoru və ssenari müəllifi Nicat Cəlilova və məktəbin direktoru Xuraman Osmanovaya öz minnətdarlığını bildirib.

Keçidlər