Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib

23 yanvar 2020 | 16:00

23 yanvar 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.

Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev açaraq, Nizami rayonunda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapdığını qeyd edib. Sonra İ.Mehdiyev Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlər barədə məlumat vermək üçün sözü Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədova verib.

Ə.Əhmədov 2019-cu ildə görülən işlər barədə məlumat verərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2019-cu il fevral ayının 12-dən may ayının 11-dək 18 yaşdan yuxarı rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirildiyini, dahi Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyasına Nizami rayonunun da qoşulduğunu və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən B.Çobanzadə küçəsi 25, 33, 35 ünvanlarda 100-dən çox, R.Rüstəmov küçəsi boyu 200-dən çox kol və həmişəyaşıl ağaclar əkildiyini diqqətə çatdırıb. Eyni zamanda, hesabat dövründə Heydər Əliyev Fondunun vitse prezidenti “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində B.Nuriyev küçəsində 2500 nəfərin yaşadığı həyətlərin abadlaşdırıldığını, vətəndaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün 2 futbol və 2 şahmat meydançasının salındığını, 14 ədəd söhbətkah tikildiyini, məhəllədaxili asfalt örtüyünün vurulduğunu, 100-dən çox ağacın əkildiyini, qazonların döşəndiyini və küçə işıqlarının bərpa edildiyini bildirib.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun mütəmadi olaraq sakinlərlə səyyar qəbul-görüşlər keçirdiyini qeyd edən Ə.Əhmədov, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 21 səyyar görüş keçirildiyini, və sakinlərin müraciətlərinin həlli istiqamətində tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

Ə.Əhmədov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Adminstrasiyası rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamının icrasına dair təsdiq edilmiş Tədbirlər Planına əsasən Nizami Rayon İcra Hakimiyyətində Yerli Ekspert Komissiyasının yaradıldığını, nümayəndəliyin inzibati ərazisində üzərində hüquqların, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evləri və torpaq sahələrinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş forma üzrə rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdirilməsi istiqamətində işlərin görüldüyünü, 67 qeydiyyatsız evin sənədlərinin uçota alındığını və hal-hazırda həmin istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Ə.Əhmədov hesabat dövründə  təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal iş fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirildiyini, həmin müəssisələrin istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr üzrə yaranmış problemlərinin operativ aradan qaldırılması üçün əlaqədar təşkilatlarla sıx əlaqələr saxlanıldığını və  lazımi köməkliklərin göstərildiyini bildirib.

Bunlardan əlavə, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən 129 №-li tam orta məktəbdə əsaslı təmir olunduğunu və hazırda 251 №-li tam orta məktəbdə əlavə tədris korpusunun tikintisi davam etdirildiyini söyləyib.

Ə.Əhmədov xidmət təsərrüfatları tərəfindən nümayəndəliyin əhatə etdiyi ərazidə görülən işlər barədə məlumat verərək, qazanxanalarda yenidənqurma və təmir işlərinin aparıldığını, yaşayış binalarının müxtəlif diametrli magistral, məhəllədaxili və binaların aşağıpaylayıcı istilik xətlərinin dəyişdirildiyini, ərazidə yerləşən binalarda mexaniki qaz sayğaclarının Smart-Kart tipli elektron sayğaclarla əvəz edildiyini, yeraltı kabel xətlərinin yeni kabel xətti ilə əvəz edildiyini, ayrı-ayrı binalarda müxtəlif diametrli su borularının, kanalizasiya xətlərinin dəyişdirildiyini və sayğacların quraşdırıldığını, müxtəlif ünvanlarda liftlərin əsaslı təmir olunduğunu, istismar vaxtı bitmiş liftlərin isə yenisi ilə əvəz edildiyini, şüşəli ruberoidli dam örtüklərinin təmir olunduğunu, ümumi istifadə yerlərində pəncərələrin şüşələndiyini, tüstü bacalarının təmizləndiyini, bir sıra məhəllələrə asfalt örtüklərinin vurulduğunu və ərazidə abadlıq işlərinin aparıldığını nəzərə çatdırıb.

Ə.Əhmədov  eyni zamanda 2020-ci ildə qarşıda duran vəzifələri də yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Sonra məruzə ətrafında “Azəristiliktəchizat” ASC-nin 16 saylı İSİS-in rəisi Mustafa Əhmədov və Nizami Rayon Veteranlar Şurasının üzvü Vaqif Əliyev çıxış ediblər.

Yığıncaqda əhalini narahat edən məsələlər, qaldırılan problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb. 

Hesabat yığıncağının yekununda 2020-ci ildə qarşıda duran vəzifələrin vaxtında və tam icra edilməsi, eyni zamanda  sakinləri narahat edən problemlərin həlli ilə bağlı müvafiq göstərişlər və tapşırıqlar verilib.

 

Keçidlər