Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda xüsusi karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardımlar davam etdirilir

21 aprel 2020 | 16:00

Ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan imtiyazlı və aztəminatlı ailələrə ərzaq yardımlarının göstərilməsi davam edir.

Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət edilir, onların hazırkı durumları ilə yaxından maraqlanılır və həmin ailələrə ərzaq yardımları təqdim edilir.

20 aprel 2020-ci il tarixində növbəti dəfə Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, şəhid, əlil və çoxuşaqlı ailələrlə köməklik göstərilib, 80 ailəyə ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib. Rayon İcra Hakimiyyyətinin əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Köməklik olunan rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

Keçidlər