Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda könüllülər tərəfindən tibbi maskalar paylanılıb

19 may 2020 | 16:00

Ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nizami rayonu ərazisində qabaqlayıcı tədbirlər davam etdirilir.

Belə ki, 19 may 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə əhalinin sağlamlığının qorunması məqsədilə Nizami rayonunda "BİR" tələbə-könüllüləri müxtəlif ünvanlarda, o cümlədən metrostansiyaların çıxışlarında əhaliyə pulsuz tibbi maskalar paylayıblar. Aksiya zamanı, həmçinin, rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskalardan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı ara məsafəsini saxlamaq tövsiyə edilib.

 

Keçidlər