Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmiyyətin bütün sahələrində öz fəaliyyətləri ilə seçilən könüllülər

23 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” imzaladığı Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Cəmiyyətini bütün təbəqələrini vahid amal ətrafında birləşdirən könüllülük gənclərimiz arasında vətənpərvərlik, öz millətinə, dövlətinə, milli-mənəvi dəyərlərinə sədaqət və bağlılıq nümunəsidir.

İctimai-siyasi həyatın müxtəlif sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş könüllülük fəaliyyəti dövlətimizin bu sahədəki dəstəyi sayəsində illər ərzində daha da təkmilləşmiş və bütün regionları əhatə etmişdir.

Müasir düşüncə tərzləri, əzmkar təşkilatçılıqları və bacarıqları ilə qoşulduqları müxtəlif fəaliyyət sahələrində seçilən könüllülər, eyni zamanda ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq idman və musiqi yarışlarının təşkilində mühüm rol oynayıblar.

2019-cu il ərzində Nizami Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti ilə bağlı elektron müraciət etmiş gənclərdən müsahibə yolu ilə seçilən gənclərlə müqavilə bağlanılaraq İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbələrində təcrübəyə cəlb olunmuşlar. Könüllülərin fəaliyyəti müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmiş və onlara şəhadətnamə (sertifikat) verilmişdir.

2019-cu il ərzində rayon ərazisində könüllülük fəaliyyətini təbliğ etmək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil edilmiş,  o cümlədən 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə 01-09 dekabr 2019-cu il tarixlərində “Azərbaycan Könüllülük Həftəsi”nin keçirilməsi ilə əlaqədar Tədbirlər planı hazırlanmış və icrası həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin qoşulduqları fəaliyyətə yeni nəfəs gətirir. Əminik ki, respublikamızda Könüllülük hərəkatı növbəti illərdə daha da geniş vüsət alacaq, gənclər üzərlərinə düşən vəzifələri böyük həvəs və coşqu ilə davam etdirəcəklər.

Nizami Rayon Gənclər və İdman İdarəsi

Keçidlər