Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən obyektlərdə reydlər davam etdirilir

14 iyul 2020 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Almədətov Rayon İcra Hakimiyyətində yaradılan Operativ  Qərargah üzvləri ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı 13 iyul 2020-ci il tarixində növbəti reydlər keçiriblər.

Reydlər zamanı iri marketlərdə, ərzaq mağazalarında, fəaliyyətinə icazə verilən ticarət və xidmət obyektlərində, eləcə də apteklərdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi barədə bir daha xəbərdarlıq edilib, əks təqdirdə  qanunamüvafiq  tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində xüsusi karantin qaydalarına əməl edilməsinə nəzarət məqsədilə reydlər aparılıb, əhali arasında maarifləndirmə işləri həyata keçirilib.

 

 

Keçidlər