Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Milli İqtisadiyyatın inkişafına verdiyi töhfə

16 sentyabr 2020 | 16:00

Ulu öndər Heydər Əliyevin təbirincə desək “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Bəli, tarixə nəzər salsaq görərik ki, hələ qədim dövrlərdə, ibtidai icma quruluşunda belə iqtisadi münasibətlər mövcud olmuşdur. İqtisadiyyat dövlətlərin elə bir rasional hədəfinə çevrilmişdir ki, daim bu mübarizədə qalib olmaq və ifrat sərvət toplamaq kimi missiya dövlət başçılarının ən ümdə vəzifəsi olmuşdur.

Azərbaycan 29 illik müstəqillik dövründə çox böyük surətli inkişaf yolu keçmişdir. Artıq hər nəfərə düşən ÜDM 7500-8000 ABŞ dolları civarındadır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın təbii zəngin ərazisinin 20 faizindən çoxu erməni işğalçıları tərəfindən zəbt edildiyindən bu ərazidəki iqtisadi resurslarımızı təsərrüfat dövriyyəsinə cəlb etmək mümkün deyil. Bu ərazidəki sərvətləri də iqtisadi inkişafımıza cəlb edə bilsəydik, təbii ki, iqtisadi-inkişaf cəhətdən dünyanın ən qabaqcıl ölkələri sırasında olmağımız heç bir şübhə doğurmazdı.

Azərbaycanın 25 illik müstəqillik dövründə iqtisadi inkişafı səciyyələndirən 4 cəhəti fərqləndirməyi məqsədəuyğun hesab edirik:

  • Makroiqtisadi sabitliyin təmin edilməsi;
  • Keçid dövrünün başa çatması;
  • Dayanıqlı inkişaf;
  • Milli İqtisadiyyatın formalaşması.

Keçid dövrünün ilkin mərhələlərində həyat keçirilən uğurlu makroiqtisadi siyasət iqtisadi inkişafın yeni keyfiyyət halını səciyyələndirirdi.

Azərbaycanda Milli İqtisadiyyatın formalaşmasının mərhələlərindən biri kimi cənab İlham Əliyevin birinci prezidentlik dövrünü -  2003-2008-ci  illəri göstərmək olar. Bu dövrdən başlayaraq “ Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” qəbul edilməyə başladı

Sahibkarlığın inkişaf etdirilməsi və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının prioritetlərindən biri də regionların sosial-iqtisadi inkişafını  sürətləndirə bilən sahibkarlıq formalarının inkişaf etdirilməsidir.

Milli İqtisadiyyatın inkişafında xüsusi rolu olan regionlarımızdan biri də Sumqayıt şəhəridir. Prezident İlham Əliyevin 14 sentyabr 2020-ci il tarixində Sumqayıt Kimya-Sənaye Parkının nəzdində yaradılmış  Peşə Təhsil Mərkəzinin açılışında qeyd etdiyi kimi,  Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon. manatı  - təqribən 33 faizi  ixrac olunub 2020-ci ilin altı ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5.7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edir. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaqdır. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımız təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcəkdir. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.

 
Mürvət İbrahimov
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Keçidlər