Şriftin ölçüsü :

Saytın rəngi :

QARABAĞ AZƏRBAYCANDIR!

16 oktyabr 2020 | 16:00

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici televiziya kanallarına dəfələrlə müsahibələr verib. Onlardan biri də oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibədir. Bu müsahibələrin hər birində Azərbaycanın işğal olunmuş torpaqlarının şanlı ordumuz tərəfindən işğaldan azad edilməsindən, Azərbaycanın ədalətli mövqeyindən, humanitar atəşkəsə əməl edildiyindən kifayət qədər və anlaşıqlı tərzdə məlumatlar verilib.

Amma səbrin də dolub daşacağı bir gün gəlir. Bu gün həmin gündür. İllərdən bəridir ki, müxtəlif dövrlərdə Azərbaycan xalqı müxtəlif haqsızlıqlara, ədalətsizliklərə, soyqırımlara, qətlyamlara, zülm və işgəncələrə dözüb, amma gələcəyə ümidlə baxıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu ümid çırağının sülh yolu ilə yanacağına 30 ilə yaxındır ki, çalışdı. Dəfələrlə güclü Dövlətimiz, güclü Ordumuz var, - dedi. Televiziya vasitəsilə müasir texnikamız, silahlarımız nümayiş olundu. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Azərbaycan sərhədləri bərpa ediləcək. Bu sülh yolu ilə olmasa, hərb yolu seçiləcək. Bunlar Ermənistan dövlətinə açıq-aşkar verilən mesajlar idi. Ermənistan isə həmişə olduğu kimi, yenə də yalan-böhtan ifadələrlə dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışır. Azərbaycanın muzdlu döyüşçülərdən istifadə etdiyini deyir. Paşinyan dərk edə bilmir ki, Azərbaycanın saysız-hesabsız Mübarizləri var. 100 minə qədər qorxu bilməyən, qeyrətli, cəsur, cəsarətli övladları olan bir dövlətin öz ordusuna muzdlu qüvvə yığmasına ehtiyacı yoxdur. Ermənistan və onun mənfur məmurları çirkin əməlləri ilə özlərini rüsvay edirlər. Dinc sakinlərə mərmilər yağdırmaqla öz vandallıqlarını, barbarlıqlarını, xain bir millət olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Əslində onlar bununla Azərbaycan dövlətinin haqlı, ədalətli olduğunu nümayiş etdirirlər. Təsadüfi deyil ki, Azərbaycanın haqq işini müdafiə edən, dəstəkləyən dövlətlərin sayı artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə də bu məsələ bir daha vurğulandı. Bir millət iki dövlət ifadəsinin elə-belə deyilmədiyini xatırlatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, digər yüksək səviyyəli vəzifəlilərin  açıqlamaları bir daha Azərbaycan-Türkiyə qardaşlıq mövqeyinin təzahürü idi. İlham Əliyev əbəs yerə demədi ki, de-yuro, ya da de-fakto Türkiyə masada oturmalıdır. Dövlətlər arasında illərlə gedən müharibələr sülh müqavilələri ilə başa çatıb. Həmin müsahibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev “Ermənistan bu sülhün təmin olunmasını istəyirsə, başqa yolu yoxdur, torpaqlarımızı işğaldan azad etməlidir”, - dedi. İlham Əliyev bir daha vurğuladı ki, mövqeyimiz dəyişməz olaraq qalır.

Azərbaycan xalqı  öz Prezidentinə inanır, güvənir və onun arxasındadır. Buna səbəb isə Prezidentimizin apardığı müdrik siyasətdir. Torpaqlarimızın bir hissəsi işğaldan azad edilib. Hər kəsin üzü gülür. Mən deyərdim ki, millətimizin qəlbində İlham Əliyev adlı bir heykəl ucalıb. Bu heykəl qəhrəmanlıq, cəsarət, rəşadət təcəssümüdür və əbədidir.

Məmmədova Nərgiz Abbas qızı
229 nömrəli tam orta məktəbin müəl
Keçidlər