Şriftin ölçüsü :

Saytın rəngi :

Biz məqsədimizə qol gücü və siyasi yol ilə nail olduq!

17 dekabr 2020 | 16:00

Yarıtmaz Minsk qrupu. Bəli, məhz yarıtmaz. Yazıya bu ifadələrlə başlamaq tam yerinə düşər. Bu qurumun lazımsızlığını qeyd etməmişdən əvvəl onun necə meydana gəldiyini xatırlayaq.

Hələ 1-ci Qarabağ müharibəsi dövründə (1992-ci il) Helsinkidə ATƏT-in müşavirəsi keçirildi və elə oradaca Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik etmək üçün Minsk qrupu deyilən bir qurum təşkil edildi. Bu qurumun ilk rəhbəri də italiyalı diplomat Mario Rafaello idi. Hələ o vaxtlar da hamıya məlum idi ki, bu Minsk Qrupu adlanan qurum hansısa siyasi qüvvələrin maraqlarına xidmət edən, formal mövcud olan bir qurumdur. Ancaq baş girləmək, Azərbaycanın işğal olunmuş torpaqlarının ermənilərin əlində saxlanılması məqsədilə status-kvonun qorunması üçün əlindən gələni edirdi. ATƏT-in Minsk qrupunun dırnaqarası missiyası ancaq bu idi.

Düz 28 il bu qurumun nazı ilə oynayan bıçağı sümüyə dirənən dövlətimiz, torpağına həsrət xalqımız daha dözmədi. Bu məsələnin əldən çıxmış torpaqlarımızdan başlamış tapdalanan qeyrətimizə qədər incə və həssas məqamlarımıza aidiyyəti olduğu üçün onların bizi bundan artıq təhqir etmələrinə dözmədik. Paşinyanın Cıdır  düzündə “Yallı” getməsinin cavabının vermək zamani gəlmişdi.

27 sentyabr 2020-ci ildə ikinci Qarabağ müharibəsi başladı. Dövlətimiz məcburən müharibə yolunu seçdi. Haqlı olaraq torpaqlarımızı düşmən taptağından azad etmək istəyirdik. Ordumuz yalnız düşmən əsgəri ilə mübarizəsini davam etdirdiyi halda onlar sıravi vətəndaşlarımıza zərər verib, dinc insanların, körpələrin ölümünə bais oldular. Bu durumda da ”sulhsevər” Minsk qrupundan səs  çıxmadı.

Ancaq dövlətimizin və ordusumuzun əzmini heç zaman qıra bilmədilər. Beləliklə, 44 günlük müharibədən sonra zəfər bizim oldu. Bu arada “Dost dar gündə tanınar” deyirlər. Həmin vaxt dostumuzu da tanıdıq, düşmənimizi də...

Qardaş ölkələrin  daim mənəvi dəstəyini hiss edən xalqımız artıq bütöv Azərbaycan sakinləri idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşər:

”Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi ,əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu etdi!”

Dəvət olunmamış qonaqlar isə yenə həmişəki kimi lazımsız səfərlərini dekabrın 12-də etdilər. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontin, ABŞ-dan olan həmsədri Endrü Şöfer, Rusiyanın sülhməramlı səfiri və ATƏT-in digər şəxsi nümayəndələri Bakıya gəldilər. Prezidentimiz isə onları dəvət etmədiyini birbaşa onların üzünə dedi. Və onlara xatırlatdı ki, 30 illik bu münaqişəni Minsk qrupu deyil, Azərbaycan özü həll etdi. Buna siyasi güc və müharibə yolu ilə nail oldu.

Bəli, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun hərtərəfli güclü olması, əsgər və zabitlərin yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.

Keçidlər