Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti iməcilik keçiirlib

23 yanvar 2021 | 16:00

23 yanvar 2021-ci il tarixində Nizami rayonu ərazisində kommunal xidmətlər tərəfindən təmizlik işləri aparılıb.

Rayonun Babək və Qara Qarayev prospektləri, Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələri boyunca yollar, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı müxtəlif məhəccərlər xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən yuyulub, yol kənarlarına yığılan çirkablar təmizlənib. Eyni zamanda, əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. 

Bundan əlavə, Rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən xüsusi texnika vasitəsilə yol kənarlarındakı yaşıllıq zolaqları yuyularaq təmizlənib, sınmış ağaclar budanıb və digər lazımi işlər həyata keçirilib.

 

 

 

 

Keçidlər