Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında “Müzəffər Ordumuz!, Qalib Ordumuz!” mövzusunda onlayn video-şeir müsabiqəsi keçirilib

25 fevral 2021 | 16:00

20-25 fevral 2021-ci il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Müzəffər Ordumuz!, Qalib Ordumuz!” mövzusunda onlayn video-şeir müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin bədii-qiraət sahəsində şeir söyləmək bacarıqlarının inkişaf etdirilməsi və onlarda vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin aşılanması, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsidir.

Müsabiqə Nizami rayonu ümumtəhsil məktəblərinin şagirdlərinin kiçik, orta və böyük yaş qrupları arasında keçirilib.

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 210 nömrəli tam orta məktəbin şagirdi Həşimova Firuzə, II yerə 312 nömrəli tam orta məktəbin şagirdi Bağırova Firəngiz, III yerə 12 nömrəli tam orta məktəbin şagirdi Əliyev Murad, orta yaş qrupu üzrə I yerə 129 nömrəli tam orta məktəbin şagirdi Rəsulzadə Surəyya, II yerə 238 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Aliyə, III yerə 312 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Aysu, böyük yaş qrupu üzrə isə I yerə 201 nömrəli tam orta məktəbin şagirdi Sadıqova Ayişə, II yerə 129 nömrəli tam orta məktəbin şagirdi Mirzəzadə Pərvin, III yerə 129 nömrəli tam orta məktəbin şagirdi İsmayılova Humay layiq görülüb.

Eyni zamanda, müsabiqədə 238 nömrəli tam orta məktəbin şagirdi Vəliyeva Nərmin, 32 nömrəli tam orta məktəbin şagirdi Dadaşova Məlahət, 272 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Aydan, 220 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Hüsna, 328 nömrəli tam orta məktəbin şagirdi Hüseynli Murad və 145 nömrəli tam orta məktəbin şagirdi Nəbiyev Surxay da şeir söyləmək bacarıqları ilə fərqləniblər.

 

  

 

Keçidlər