Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Dəmir yumruq” sənədli filmi nümayiş olunub

30 aprel 2021 | 16:00

30 aprel 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Real TV”nin təşkilatçılığı ilə lentə alınmış “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 44 günlük müharibədə qazanılmış parlaq zəfər haqqında məlumat verib, tədbir iştirakçılarını filmə baxmağa dəvət edib.

Sonra “Real TV”nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir guşəsində yaşayan azsaylı xalqların gənclərinin torpaqlarımız azadlığı uğrunda gedən döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri öz əksini tapıb.

Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir yumruq” sənədli filmi maraqla izlənilib.

Keçidlər