Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 3 saylı "ASAN kommunal" mərkəzinin açılış mərasimi keçirilib

28 iyul 2021 | 16:00

28 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı "ASAN kommunal" mərkəzinin açılış mərasimi keçirilib.

Mərkəz Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.

3 saylı “ASAN Kommunal” mərkəzi üçün ayrılmış inzibati ərazidə təmir və quraşdırılma işləri 2018-ci ilin avqust ayında başlanmış, 2021-ci ilin iyul ayında başa çatmışdır.

Mərkəzdə videomüşahidə, elektron növbə sistemləri, inzibati binada 1 lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

3 saylı “ASAN kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və  “Azərsu” ASC tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

Əsasən Nizami (201800), Xətai (289900) və Sabunçu (247200)  rayonlarında qeydiyyatda olan ümumilikdə 738900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

Mərkəzdə əməkdaşların sayı 90,  könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. 

Keçidlər