Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2021-ci ilin sosial-iqtisadi göstəriciləri

2021-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən  533,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,0  faiz  az  sənaye məhsulu istehsal edilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla 01 yanvar 2022-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 13,6 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır.

2021-ci ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 131,9 milyon manat həcmində əsas fondlar istifadəyə verilmiş, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1184,1 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 79,6 faiz çox olmuşdur.  2021-ci ilin yanvar-dekabr aylarında 511,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2021-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 315.6 milyon manat təşkil etmişdir.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2021-ci ilin yanvar-dekabr aylarında 178,3 milyon manat, əsaslı təmir 7,0 milyon manat, cari təmir  21,3 milyon manat, sair tikinti  işləri isə 109,1 milyon manat təşkil etmişdir. 

2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2978,0 milyon manatlıq əmtəə satılmış, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artım deməkdir. Satılmış əmtəələrin 28,6  faizi hüquqi şəxslərin, 36,4 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarların, 35,0  faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artımla 481,5 milyon manat həcmində, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,0 faiz artımla 141,1 milyon manat həcmində xidmət göstərilmişdir.

Ötən il iaşə müəssisələrinin ümumi dövriyyəsi 27,2 milyon manat olmuş, bunun da 30,1 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 8,2 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi  şəxslərin fəaliyyəti sayəsində isə əhaliyə 19,1 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ildə 633,1 milyon manat təşkil etmiş, bu da ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,6 faiz təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 40,0 milyon manat təşkil etmişdir.

2021-ci ilin yanvar-noyabr aylarında Nizami rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 532461 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 2,7 faiz artaraq 787,8  manat təşkil etmişdir.

Nizami rayonunda 2021-ci ilin yanvar-dekabr aylarında 2428 yeni iş yeri açılmışdır.

 

 

 

Keçidlər