Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının müavinləri

Qərib Fəzan oğlu Məmmədov
Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
 
Məmmədov Qərib Fəzan oğlu 21 dekabr 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini Sənaye və Mülki Tikinti ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə gənc mütəxəssis kimi Nəsimi rayonu Mənzil Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində başlamış, 1985-1993-cü illərdə həmin idarədə böyük mühəndis, baş mühəndis və rəis, 1993-2009-cu illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.
1990-1995-ci illərdə Bakı şəhər Xalq  Deputatları Sovetinin deputatı olmuşdur.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə akademik kurslarının müdavimi olmuşdur.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
 
 
 
İldırım Fehruz oğlu Mehdiyev
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
 
Mehdiyev İldırım Fehruz oğlu 08 dekabr 1958-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuşdur.
1979-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Ermənistan SSR Qafan rayonu Xələc kənd səkkizillik məktəbində riyaziyyat müəllimi kimi başlamış, 1986-1989-cü illərdə həmin məktəbin direktoru vəzifəsində işləmişdir. 1989-1991-ci illərdə Bakı şəhəri Nizami rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Kompleks sosial-iqtisadi inkişaf şöbəsində mütəxəssis, 1991-2006-cı illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında  Sosial-iqtisadi məsələlər şöbəsində müfəttiş, böyük iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmişdir. 2006-cı ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
 
 
 
Gülnaz Şakir qızı İsrafilova
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
 
İsrafilova Gülnaz Şakir qızı 11 oktyabr 1958-ci ildə Şəki şəhərində anadan olmuşdur.
1985-ci ildə Bakı Dövlət Universitetini filoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1975-ci ildə Şəki İpək Birliyi toxucu istehsalatında ərişçi kimi başlamış, 1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləmişdir. 2006-cı ildə Nizami Rayon Təhsil şöbəsinin müdiri, 2006-2009-cu illərdə  Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.
1990-cı ildə “Baş müəllim” adına layiq görülmüşdür.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
 
 
 
 
 
 

 

Keçidlər