Şriftin ölçüsü :

Saytın rəngi :

Satınalmalar

 
14 may 2020-ci il

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti aparat üçün dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 18 may 2020-ci il saat 18.00-dək Nizami Rayon İcra Hakimiyyətinə (Q.Qarayev prospekti, 65a, otaq №18, əlaqələndirici şəxs Sevinc Mollayeva, əlaqə telefonu: 422-10-34) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Kotirovka sorğusu elanı www.etender.gov.az saytında "Müsabiqə" bölməsinin "Kotirovka sorğusu" altbölməsində 14 may 2020-ci il tarixində dərc edilmişdir.

 

****

15.05.2018 / 31.05.2018
 
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisində bərk məişət tullantılarının daşınması üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin satınalınması məqsədilə
 
AÇIQ TENDER ELAN EDİR
 
Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Bakı şəhəri Nizami rayonu ərazisində bərk məişət tullantılarının daşınması üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65a, 18-ci otaq, əlaqələndirici şəxs: Sevinc Mollayeva, tel: 422-10-34) ala bilərlər.
Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinin bank rekvizitləri:
B1. Benefisiar (alan) bank.
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Mh: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ 22
B2.Alan (benefisiar) müştəri.
Adı: Nizami Rayon İcra Hakimiyyəti
H/h: AZ12CTRE00000000000002517831
VÖEN: 1600259211
Büdcə səviyyəsinin kodu,fond 7Y
Büdcə təsnifatının kodu 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyun 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 4 iyul 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65A nömrəli ünvanda yerləşən əsas binaya təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 5 iyul 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev. prospekti 65A nömrəli ünvanda yerləşən əsas binanın iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Tender komissiyası
 
Elan "Xalq qəzeti"nin 15 may 2018-ci il və 31 may 2018-ci il tarixli saylarında dərc edilmişdir.
 
***
19 fevral 2018-ci il

BİLDİRİŞ

Azərbaycan Respublikasının Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti dəftərxana və təsərrüfat mallarının kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 422-10-34 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 22 fevral 2018-ci il, saat 18:00-dək qəbul olunur.
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65A (otaq 18)

*Kotirovka sorğusu üzrə elan bildirişi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (http://tender.gov.az/new/index.php?inc=tender&nov=kotirovka&pub1=17313) saytında da  verilmişdir.

****

14 aprel 2017-ci il


Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti aparat üçün dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 20 aprel 2017-ci il saat 18.00-dək Nizami Rayon İcra Hakimiyyətinə (Q.Qarayev prospekti, 65a, otaq №18, əlaqələndirici şəxs Sevinc Mollayeva, əlaqə telefonu: 422-10-34) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Kotirovka sorğusu elanı "Xalq qəzeti"nin 14 aprel 2017-ci il tarixli sayında dərc edilmişdir.

 
***
 
27 yanvar 2017-ci il
 
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadının, dam örtüyünün və blokların təmiri işlərinin satınalınması üçün elan etdiyi təkliflər sorğusunda təklif zərflərinin qəbulu müddətini 30 yanvar 2017-ci il saat 17.00-dək artırmış, təklif zərflərinin açılması isə 31 yanvar 2017-ci il saat 11.00-a təyin edilmişdir.
 
Bildiriş "Xalq qəzeti"nin 27 yanvar 2017-ci il tarixli sayında dərc edilmişdir.
 
***
 
22 yanvar 2017-ci il
 
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadının, dam örtüyünün və blokların təmiri işlərinin satınalınması üçün təkliflər sorğusu elan edir
Təkliflər 26 yanvar 2017-ci il saat 17.00-dək qəbul olunur.
Təklif zərfləri 27 yanvar 2017-ci il saat 11.00-da açılacaqdır.
Əlaqələndirici şəxs: S.Mollayeva, 012-422-10-34.
Ünvan: Bakı, Q.Qarayev prospekti, 65A.
 
Elan "Xalq qəzeti"nin 22 yanvar 2017-ci il tarixli sayında dərc edilmişdir.
 
 
 ***
 

 

 

Keçidlər