Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsinə dair elan

20 oktyabr 2025 | 15:36

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 6-cı maddəsinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yanında İctimai şuraya namizədlərin irəli sürülməsinə başlanılmışdır. İctimai şuraya seçkilərin təşkili məqsədilə Nizami Rayon İcra Hakimiyyəti yanında RİH başçısının 20 oktyabr 2025-ci il tarixli 1-1/114 nömrəli sərəncamı ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı 21.10.2025-ci il tarixindən 19.11.2025-ci il tarixinə, saat 18:00-a kimi aparılacaqdır.

Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuraya 1 namizəd irəli sürə bilər.

Vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri təqdim etməlidir:

  • namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • namizədin tərcümeyi-halı;
  • namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.

Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər

Ətraflı məlumat üçün əlaqə nömrələri: 012-422-10-15, 050-351-44-00

Keçidlər