ELANLAR
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 6-cı maddəsinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yanında İctimai şuraya namizədlərin irəli sürülməsinə başlanılmışdır. İctimai şuraya seçkilərin təşkili məqsədilə Nizami Rayon İcra Hakimiyyəti yanında RİH başçısının 21 aprel 2021-ci il tarixli 1-1/60 nömrəli sərəncamı ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı 06.05.2021-ci il tarixindən 05.06.2021-ci il tarixinə kimi aparılacaqdır.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuraya 1 namizəd irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri təqdim etməlidir:
- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər
Ətraflı məlumat üçün əlaqə nömrələri: 012-422-10-27, 055-201-44-99
Nizami Rayon İcra Hakimiyyəti başçısının
07 noyabr 2019-cu il tarixli 11/156 saylı sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 oktyabr 2019-cu il tarixli 7/24 saylı Qərarı ilə 2019-cu il dekabr ayının 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılmasına, qeydə alınmış namizədlərə, siyasi partiya və siyasi partiya bloklarına seçicilərlə görüşlərin keçirilməsinə ödənişsiz əsaslarla bərabər şəraitin yaradılması məqsədilə Nizami rayonunda müəyyənləşdirilmiş açıq və qapalı yerlər:
Açıq yerlər |
Qapalı yerlər |
Keşlə qəsəbəsi. Yenikənd küçəsindəki park |
Keşlə qəsəbəsi. Sabir küçəsi 70. "Mədəni kütləvi tədbirlər evi" |
B.Nuriyev küçəsi 69 ünvanındakı idman meydançası |
Q.Qarayev prospekti 105 ünvanındakı "Mədəni kütləvi tədbirlər evi" |
Könüllü fəaliyyətinə sən də qoşul!
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 16-29 yaşarası Nizami rayon gənclərini əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müəyyən olunmuş tələblər:
- İntizamlılıq;
- Xoşrəftarlılıq;
- Ünsiyyətçillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompyuter bacarığı;
Könüllü kimi fəaliyyətin müddəti:
- 2 ay (60 gün)
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müraciət forması:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (anket forması) mail@nizami-ih.gov.az e-poçtuna göndərə bilər, eyni zamanda Bakı şəhəri, Q.Qarayev prospekti 65a ünvanında yerləşən Nizami Rayon İcra Hakimiyyətinın inzibati binasına gələrək sənədlərini təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.
Qeyd edək ki, müsahibədən keçən və 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Nizami rayon əhalisinin nəzərinə!2019-cu il fevral ayının 11-dən rayon sakinlərinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Tibbi müayinə may ayının 1-dək davam edəcəkdir.
18 yaşdan yuxarı rayon sakinləri qeydiyyatda olduqları ərazi üzrə 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarına, 26 №-li Şəhər poliklinikasına müraciət edə bilərlər.
Nizami rayon əhalisinin nəzərinə!
2018-ci il fevral ayının 10-dan rayon sakinlərinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Tibbi müayinə may ayının 1-dək davam edəcəkdir.
18 yaşdan yuxarı rayon sakinləri qeydiyyatda olduqları ərazi üzrə 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarına, 26 №-li Şəhər poliklinikasına müraciət edə bilərlər.
Nizami rayon əhalisinin nəzərinə!
2017-ci il fevral ayının 15-dən rayon sakinlərinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Tibbi müayinə may ayının 15-dək davam edəcəkdir.
18 yaşdan yuxarı rayon sakinləri qeydiyyatda olduqları ərazi üzrə 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarına, 26 №-li Şəhər poliklinikasına müraciət edə bilərlər.