Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99412) 422-10-01; Yaşıllaşdırma təsərrüfatı ilə bağlı: (+99450) 566-58-12

Könüllü fəaliyyətinə sən də qoşul!

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 16-29 yaşarası Nizami rayon gənclərini əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müəyyən olunmuş tələblər:

• İntizamlılıq;

• Xoşrəftarlılıq;

• Ünsiyyətçillik;

• Operativlik;

• Kollektivdə işləmək bacarığı;

• Təşkilatçılıq;

• Təşəbbüskarlıq;

• Kompyuter bacarığı;

Könüllü kimi fəaliyyətin müddəti:

• 2 ay (60 gün)

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müraciət forması:

Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (anket forması) mail@nizami-ih.gov.az e-poçtuna göndərə bilər, eyni zamanda Bakı şəhəri, Q.Qarayev prospekti 65a ünvanında yerləşən Nizami Rayon İcra Hakimiyyətinın inzibati binasına gələrək sənədlərini təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

Qeyd edk ki, müsahibədən keçən və 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Keçidlər