Şriftin ölçüsü :

Saytın rəngi :

1 nömrəli Uşaq evində “Bizim Ulu Öndərimiz” adlı tədbir keçirilib

20 fevral 2023 | 17:40

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində 20 fevral 2023-cü il tarixində Bakıdakı 1 nömrəli Uşaq evində Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Bizim Ulu Öndərimiz” adlı tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən 1 nömrəli Uşaq evinin müdiri Nərminə Zöhrabova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Ölkəmizdə uşaq siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan uşaqları hər il Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Kərəm Qafarlı çıxış edərək, ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gün həyata keçirdikləri işlər barədə ətraflı məlumat verib.

Tədbirdə uşaq evinin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, Şanlı Ordumuza həsr olunan şerlər və mahnılar səsləndirilib, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər.

Keçidlər