Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən Müharibəsində şəhid olmuş Alı Həsənli və Rafael İbrahimovun anım günü keçirilib

21 oktyabr 2021 | 16:00

21 oktyabr 2021-ci il tarixində Nizami rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş Alı Həsənli və Rafael İbrahimovun anım günü keçirilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən Müharibəsində şəhid olmuş Alı Həsənli və Rafael İbrahimovun məzarları ziyarət olunaraq ruhlarına dualar edilib, onların və şəhid olmuş digər igid Vətən oğullarının unudulmaz xatirələri dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Alı Həsənli və Rafael İbrahimov Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək şəhid olublar. Onlar Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Mərasimdə çıxış edən şəhidlərin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər