Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib

02 noyabr 2021 | 16:00

02 noyabr 2021-ci il tarixində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

Sərgidə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxış edərək, 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, sentyabrın 27-dən başlayan və  44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib.  44 günlük Vətən müharibəsinin  Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi,, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı hesabına xalqımızın zəfəri ilə başa çatdığını və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldığını söyləyib.

Daha sonra çıxış edən 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, Nizami Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural İsmayılov və Vətən müharibəsi qazisi Orxan Kərimov 30 illik münaqişəni sona çatdıran 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdüyünü,  Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdiyini söyləyiblər və 44 günlük qəhrəmanlıq savaşının tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını vurğulayıblar.

Çıxışlardan sonra tədbir iştirakçıları 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işləri ilə yaxından tanış olublar.

Sərgiyə baxış keçirildikdən sonra xatirə şəkli çəkdirilib.

 

Keçidlər