Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Oktay Ağabəyovun xatirə guşəsinin açılış mərasimi olub

02 noyabr 2021 | 16:00

Nizami rayonunda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək istiqamətində işlər davam etdirilir. 02 noyabr 2021-ci il tarixində 44 günlük Vətən Müharibəsində şəhid olmuş Oktay Ağabəyovun yaşadığı binada xatirə guşəsinin açılış mərasimi olub.

Açılış mərasimində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun nümayəndələri, Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov, həmçinin rayon ictimaiyyətinin və müxtəlif təşkilatların nümayəndələri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Açılış mərasimində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev YAP Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov və şəhidin döyüş yoldaşları çıxış ediblər.

Tədbirdə şəhid Oktay Ağabəyovun döyüş yolundan, göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Oktay Ağabəyov II Qarabağ Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Natiqlər Azərbaycan xalqının Vətən müharibəsində bir yumruq kimi birləşdiyini və düşmənə layiqli dərs verdiyini söyləyiblər. Qeyd olunub ki, Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Həmçinin şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonda şəhid Oktay Ağabəyovun doğmaları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

 

 

Keçidlər