Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Qalib ölkənin qələbələr partiyası YAP 29 ildə” mövzusunda tədbir keçirilib

20 noyabr 2021 | 16:00

20 noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Qalib ölkənin qələbələr partiyası YAP 29 ildə” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildiriblər ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Vurğulanıb ki, Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən YAP bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilib.

Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri kimi rayon təşkilatının inkişafındakı xidmətlərinə görə, eləcə də bir qrup partiya veteranı YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə, bir qrup partiya fəalı Azərbaycanda koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə xidmətlərinə və bu sahədə dövlətin həyata keçirdiyi siyasətə davamlı dəstəyinə görə, 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi zamanı döyüş və ətraf bölgələrdə tibbi xidmət vəzifəsini şərəflə həyata keçirdiyi, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması naminə vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Fəxri Fərmanlarla təltif olunublar.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi naminə Vətən müharibəsində yüksək döyüş qabiliyyəti, şücaət və igidlik nümayiş etdirdiyinə, parlaq Zəfər tariximizin yazılmasına şəxsi töhfəsini verdiyinə görə bir qrup qazi və müharibə iştirakçısı YAP Nizami rayon təşkilatının Təşəkkürnamələri və Missiya Media Qrupunun mükafatları ilə təltif ediliblər.

Nizami rayonunun ictimai həyatında və mədəni inkişafında fəal iştirak edən, xüsusilə də COVİD-19 pandemiyası zamanı, eləcə də Vətən müharibəsi dönəmində qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərdə verdiyi əhəmiyyətli dəstəyə, eləcə də 27.09.2021-12.11.2021-ci il tarixlərində Vətən müharibəsinin birinci ildönümü münasibətilə rayonda keçirilmiş bütün tədbirlər üzrə xüsusi fəallığına görə Missiya Media Qrupunun rəhbəri Əhmədov Ramin Sərdar oğlu, həmçinin rayonun ictimai həyatında fəal iştirakına görə Keşlə məscidinin axundu Səfərov Sirac Qəni oğlu Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif ediliblər.

Tədbirə bədii qiraətçi, partiya fəalı Pərvanə Talıbovanın “Səni sevir Azərbaycan” adlı şeiri səsləndirməsi ilə yekun vurulub.

 

 

 

 

 

  

 

Keçidlər