Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilib

30 noyabr 2021 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2021-ci il noyabr ayının 30-da 32 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehtiyev, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Firdovsi Bayramov və  25-ci Polis şöbəsinin inspektoru, polis kapitanı Günel Mirzəyeva çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar veriblər, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildiriblər və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.

Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.

 

 

Keçidlər