Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

24 dekabr 2021 | 16:00

24 dekabr 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub. 

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev, Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Laura Quliyeva, Missiya Media Qrupun nümayəndləri, eləcə də rayonunun ictimai fəalları, şəhid anaları, şəhidlərin və qazilərin ailə üzvləri, onların övladları iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev, Missiya TV və Missiya.Az-ın baş redaktoru Nicat Dağlar, şəhid anaları və qazilər Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbələrindən, şəhidlərin və qazilərin qəhrəmanlıqlarından danışıblar, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbr iştirakçılarını, həmçinin 60 illik yubleyi münasibətilə cənab Prezident lham Əliyevi təbrik ediblər, Vətən müharibəsindəki qələbəyə görə Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar.

Bayram şənliyində şəhid və qazi övladları üçün müxtəlif personajların təqdimatında əyləncəli səhnəciklər nümayiş  etdirilib.

Sonda şəhid və qazi övladlarına Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu  tərəfindən bayram hədiyyətləri təqdim olunub.

Keçidlər