Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99412) 422-10-01; Yaşıllaşdırma təsərrüfatı ilə bağlı: (+99450) 566-58-12

Nizami rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Milli Qəhrəmanlarımızı tanı" layihəsi çərçivəsində gənclərlə görüş keçirilmişdir

08 avqust 2014 | 15:00

08 avqust 2014-cü il tarixində 129 №-li orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Milli Qəhrəmanlarımızı tanı" layihəsi çərçivəsində gənclərlə görüş keçirilmişdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Milli Qəhrəman Vahid Quliyev, QHT təmsilçiləri və rayon gəncləri iştirak etmişlər.
Layihənin rəhbəri Sevinc Nəcəfova çıxışında bu tədbirin əsas məqsədinin Qarabağ müharibəsində öz igidlikləri ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş və hazırda yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızla  gənclərin görüşünü təşkil etməkdən ibarət olduğunu iştirakçıların nəzərinə çatdırdı və milli qəhrəmanlarımızın həyat yolu, keçdikləri döyüş tarixçəsi ilə bağlı hazırlanmış videoçarxı nümayiş etdirdi.
Sonra torpaqlarımızın erməni işğalçılarından azad olması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Milli Qəhrəman Vahid Quliyev çıxış edərək, Qarabağ müharibəsində keçdiyi döyüş yolundan söz açdı və Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərdən nümunə götürməyi gənclərə tövsiyə edərək, onların vətənpərvərliyinin daim gənclərə təbliğ edilməli  olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, 129 saylı orta məktəbin direktoru Samir Mehdizadə, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov belə layihələrin gənclərin maarifləndirilməsi istiqamətində, vətənpərvər ruhda tərbiyə olunmasında böyük rolu olduğunu qeyd etdilər və bu məzmunlu tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini diqqətə çatdırdılar.

Keçidlər