Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

14 yanvar 2022 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami Rayon Komissiyası və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 14 yanvar 2022-ci il tarixində Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin rəisi,  polis polkovniki Ziya Əliyev, Nizami RPİ-nin Veteranlar Şurasının sədri Firdovsi Bayramov, Nizami RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru Natiq Yusifov və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva çıxış edərək, narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı önə çəkilib, şagirdlərdə bu həyat tərzinin formalaşdırılması yönümündə ailə-məktəb münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı inam və sağlam əlaqələrin qurulması istiqamətində  inkişaf etdirilməsinin zəruriliyi bir daha vurğulanıb.

Tədbirdə narkomaniya və onun fəsadlarından, insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub, həmçinin şagirdlərin narkomaniyaya həsr olunmuş təqdimatı dinlənilib, onların ifasında səhnəciklər nümayiş olunub.

Sonda şağirdlərin sualları cavablandırılıb, onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib. 

Keçidlər