Nizami rayon məktəbliləri arasında 26 fevral – Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma!” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib
12-18 fevral 2022-ci il tarixlərində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 26 fevral – Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma!” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Xocalı Soyqırımının 30-cu ildönümünün yad edilməsi, şagirdlərdə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması və məktəblilərin inşa yazı yazmaq üzrə bilik bacarıqlarının inkişaf etdirilməsidir.
Müsabiqədə I yerə 328 nömrəli tam orta məktəbin şagirdi Orucova Leyla, II yerə 62 nömrəli məktəb-liseyin şagirdi Şıxəliyeva Gülnaz, III yerə isə 272 nömrəli tam orta məktəbin şagirdi Qəhrəmanova Ülkər layiq görülüblər.