Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon məktəbliləri arasında 26 fevral – Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib

18 fevral 2022 | 16:00

11-17 fevral 2022-ci il tarixlərində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 26 fevral – Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Xocalı Soyqırımının 30-cu ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunmasıdır.  

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 250 nömrəli tam orta məktəbin şagirdi Cəfərzadə Aydan, II yerə 227 nömrəli tam orta məktəbin şagirdi İsmayılzadə Leyla, III yerə 201 nömrəli tam orta məktəbin şagirdi  Hüseynova Aynişan; orta yaş qrupu üzrə I yerə 201 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nihad, II yerə 32 nömrəli tam orta məktəbin şagirdi Gülməmmədova Xədicə, III yerə 250 nömrəli tam orta məktəbin şagirdi Nuri İsmayıl; böyük yaş qrupu üzrə isə I yerə 328 nömrəli tam orta məktəbin şagirdi Sanılı Sehri, II yerə 201 nömrəli tam orta məktəbin şagirdi Balayev Səid, III yerə 250 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Nuray layiq görülüblər.

Keçidlər