Nizami rayonunda Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib
25 fevral 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.
İlk öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin etnik təmizləmə siyasəti olaraq Xocalı şəhərində sakinlərə qarşı törədilmiş soyqırım aktının Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazıldığını. soyqırım nəticəsində 613 nəfər dinc sakininin vəhşicəsinə öldürülməsinin dünya tarixində görünməmiş bəşəri cinayət kimi qiymətləndirildiyini bildirib. Xocalı faciəsinin 30-cu ildönümünün ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunduğunu, dünyanın bir çox ölkəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinin anıldığını söyləyən rayon rəhbəri qeyd edib ki, həyata keçirilən məqsədyönlü təbliğatın nəticəsidir ki, son illərdə Xocalı faciəsinin və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi xeyli genişlənib.
Rayonda məskunlaşan Xocalı sakinləri şəhid anası Svetlana Cavadova, Hörmət Qasımov və Tariyel Əliyev 44 günlük müharibədə şəhidlərimizin və Xocalı qurbanlarının qisasının alınmasına, qazanılan qələbəyə, uzun illər işğal altında olan torpaqlarımızın azad olunmasına, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Xocalılılar bu cür görüşlərin keçirilməsinin, Xocalı faciəsinin və soyqırımı qurbanlarının xatirəsinin anılmasının onlara təsəlli olduğunu bildirdilər.