Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Şuşa ili”nə həsr olunmuş musiqili-bədii təbir keçirilib

28 fevral 2022 | 16:00

28 fevral 2022-ci tarixində Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 220 nömrəli məktəb-liseydə “Şuşa ili”nə həsr olunmuş musiqili-bədii tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Şuşa ili”nə həsr olunan video-çarx nümayiş etdirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif İsayev, 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, Vətən müharibəsi qazisi, Rayon Qazilər Birliyinin sədr müavini Nicat Cəlilov, Vətən müharibəsi qaziləri Kənan Zeynalov və, Əli Hacızadə çıxış edərək, dövlət başçısının Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin ölkəmizdə  “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını bildiriblər. Natiqlər Qarabağın tacı olan Şuşanın Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldığını və İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələrinin dağıdıldığınl diqqətə çatdırıblar. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunin Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün tariximizə Zəfər Günü kimi həkk olunduğunu söyləyiblər.

Tədbirdə 220 nömrəli məktəb-liseyin 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzi ilə birgə hazırladıqları musiqili-bədii kompoziya təqdim olunub.

 

Keçidlər