Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

25 fevral 2022 | 16:00

25 fevral 2022-ci il tarixində Nizami rayonu 201 №-li tam orta məktəbdə Xocalı faciəsinin  30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının  Keşlə  qəsəbə  inzibati  ərazi   dairəsi  üzrə   nümayəndəsi əvəzi Anar  Ağayev, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları  Mənzər  Rzayeva və Tural İsmayılov, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə məktəbin foyesində təşkil edilən şagirdlərin əl işlərindən ibarət “Xocalı – əsrin faciəsi“ adlı rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı facıəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu qeyd olunub. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi və məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - Xocalı soyqırımı və Milli Matəm Günü elan olunduğu diqqətə çatdırılıb. Bu gün Azərbaycan hakimiyyəti tərəfindən Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl işlərin davam etdirildiyi bildirilib.

Tədbirdə 201 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya və şeirlər səsləndirilib.

Keçidlər