Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşüb

03 mart 2022 | 16:00

02-03 mart 2022-ci il tarixlərində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsi şəhidləri Abbasov Elvin Səxavət oğlu, Quliyev Şahmar Kəmaləddin oğlu, Manafov Cavid Faiq oğlu, Əhədzadə Elsevər Ağacan oğlu, Xəlilli Samir Əhməd oğlu, Rzayev İlkin Cəfər oğlu və Məmmədov Murad Elşən oğlunun  ailələri ilə görüşüb, qayğıları və problemləri ilə maraqlanıb.

Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başcısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları şəhid Rzayev İlkin Cəfər oğlu və şəhid Məmmədov Murad Elşən oğlunun yaşadıqları binaların qarşısında qoyulmuş xatirə abidələri önünə gül dəstələri qoyublar.

Ailələrlə görüş zamanı C.Cəbrayılov şəhid ailələrinə diqqət və qayğının dövlət başçımızın xüsusi nəzarətində olduğunu, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyini və bundan sonra da davam etdiriləcəyini bildirib.

Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılmasının dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin bir daha sübutu olduğunu diqqətə çatdırıb.

Görüşdə şəhid ailələri ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya, qarşılaşdıqları sosial problemlərin aradan qaldırıması üçün edilən köməkliyə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər