Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Pənahov Ülvi Nizami oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib və şəhid Məcidzadə Teymur Tehran oğlunun ailə üzvləri ziyarət edilib

04 mart 2022 | 16:00

04 mart 2022-ci il tarixində Keşlə Şəhidlər xiyabanında şəhid Pənahov Ülvi Nizami oğlunun doğum günü münasibətilə anım mərasimı keçirilib.

Nizami Rayon İcra Hakimiyyətinın başçısı Çoşqun Cəbrayılov, Rayon İcra Hakimiyyətinın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Anım tədbirində Rayon İcra Hakimiyyətinin başcısı Coşqun Cəbrayılov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın qəhrəman oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə xalqımıza böyük qələbə yaşatdıqlarını və Azərbaycan tarixinə qızıl hərflərlə yazıldıqlarını bildirib və bu tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət diləyib.

Şəhid Ülvi Pənahovun ailə üzvləri və yaxınları şəhidin döyüş zamanı göstərdiyi şücaətdən və vətənpərvərliyindən danışıblar və oğullarının bu qələbənin qazanılmaımda iştirakından qürur hissi keçirtdiklərini bildiriblər.

Anım tədbrindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid Məcidzadə Teymur Tehran oğlunun yaşadığı evə gedərək şəhidin ailə üzvləri ilə görüşüb.

Görüşdə şəhidiin əziz xatirəsi yad edilib, onunla bağlı xoş təəsüratlar, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə şəhidin göstərdiyi şücaətlərlə bağlı xidmət yoldaşlarının bölüşdükləri xatirələrdən danışılıb..

C.Cəbrayılov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz olduğunu, onların xalqın qəlbində əbədi yaşayacaqlarını söyləyərək şəhidlərin ailə üzvlərinə diqqət və qayğının göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu bildrib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər