Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib

09 mart 2022 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun 09 mart 2022-ci il tarixində 210 nömrəli tam orta məktəbdə Q.Qarayev prospekti 71, 77, 79, 85, Naxçıvanski küçəsi 69 və 79 ünvanlarında yaşayan sakinlərlə səyyar görüşü keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların qaldırdıqları məsələlərin diqqətlə araşdırılıb həll olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Rayon Icra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Bu məqsədlə sakinlərlə həftədə bir dəfə olmaqla yerlərdə görüşlər keçiriləcək və onları narahat edən problemlərin operativ həlli üçün müvafiq tədbirlər görüləcəkdir.

Coşqun Cəbrayılov vurğulayıb ki, sosial məsələlərin həlli, əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə möhtərəm Prezidentimiz tərəfindən böyük işlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin dönməz iradəsi, yüksək peşəkarlığı, müzəffər Ordumuzun qüdrəti və xalqımızın milli birliyi sayəsində tarixi qələbəyə nail olduq və bu gün işğaldan azad olunmuş ərazilərimizdə qısa müddətdə möhtəşəm abadlıq-quruculuq işləri həyata keçirilir,  eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında mədəni-dini və tarixi abidələrimiz, məscidlərimiz bərpa edilir.

Sonra görüşdə rayon sakinləri onları narahat edən problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova müraciət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər