Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən müharibəsində şəhid olanların xatirələri anılır və ailələri ilə görüşlər davam etdirilir

12 mart 2022 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və İcra Hakimiyyətinin məsul əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini mütəmadi olaraq ziyarət edirlər.

Belə ki, 06 mart 2022-ci il tarixində şəhid Həsənov Cavid Mikayıl oğlunun və 09 mart 2022-ci il tarixində şəhid Əhmədov Natiq Namiq oğlunun doğum günlərində məzarları ziyarət edilib və gül dəstələri düzülərək, xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

07-12 mart 2022-ci il tarixlərində isə Vətən müharibəsində şəhid olan Həsənli Alı Nofəl oğlu, Süleymanlı Kənan Sadıx oğlu, Əliyev Denis Aleksandroviç, İbrahimov Rəfael Emin oğlu, Məmmədov Zəbiyulla Şahin oğlu, Əhmədov Nicat Həsən oğlu, Muradov Hüseyn Fərhad oğlu, Cavadov Namiq Rəhbər oğlu, İsayev Toğrul Natiq oğlu və Cəfərov Vüqar İnşallah oğlunun ailə üzvləri ziyarət edilib.

Görüşlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb.

Keçirilən görüşlərdə şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər