Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Keşlə qəsəbə sakinləri ilə keçirilib

16 mart 2022 | 16:00

16 mart 2022-ci il tarixində 201 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində yaşayan sakinlərlə səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Keşlə bələdiyyəsinin və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov  cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən, Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Eyni zamanda, dövlət başçısının rəhbərliyi altında ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin uğurla davam etdirildiyini söyləyib.

 Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırmalara ehtiyac duyulan məsələlər isə nəzarətə götürülüb.

Keşlə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər