Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində 2013-2014-cü il tədris ilinin yekunları və yeni 2014/2015-ci tədris ilinin başlanması münasibətilə konfrans keçirilmişdir.

13 sentyabr 2014 | 15:00

    13 sentyabr 2014-cü il tarixində Rayon İcra Hakimiyyətində 2013-2014-cü  tədris ilinin yekunları və yeni 2014/2015-ci tədris ilinin başlanması münasibətilə konfrans keçirilmişdir.
    Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ilk öncə təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik etdi. O, Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binalarının tikildiyini, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunduğunu və bu prosesin təkcə paytaxtla məhdudlaşmayaraq bölgələri də əhatə etdiyini, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görüldüyünü qeyd edərək, Nizami rayonunda da bu istiqamətdə xeyli uğurların əldə edildiyini bildirdi. Yola salınan tədris ilində Nizami rayon məktəblərinin qazandıqları nailiyyətləri yüksək qiymətləndirən T.Budaqov “2013-2014-cü il tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2014-2015-ci dərs ilinə hazırlıq vəziyyəti barədə” məruzə ilə çıxış üçün sözü müavini Gülnaz İsrafilovaya verdi.
    G.İsrafilova çıxışında təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu, bu sahənin inkişafına daim xüsusi diqqət yetirildiyini, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün hər cür şərait yaradıldığını söyləyərək, dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədinin ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaq olduğunu qeyd etdi. Həmçinin Azərbaycan təhsilinə diqqətin artırılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edərək, Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrinin uğurla həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. “Təhsilə dəstək” layihəsi çərçivəsində rayonun daxili resursları hesabına 110 və 172 №-li uşaq bağçalarının ərazisində hər biri 80 yerlik əlavə korpusların inşasına başlanıldığını, 2 sahibkar tərəfindən Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə və T.Abbasov küçəsi 38 ünvanında müvafiq olaraq 100 və 120 yerlik uşaq bağçalarının tikintisinə başlanması üçün hazırlıq işləri görüldüyünü bildirdi.
    G.İsrafilova Nizami rayonu üzrə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 7 məktəb (61, 70, 210, 242, 250, 251 və 277 №-li məktəblər), 5 bağça (110, 125, 172, 190 və 309 №-li bağçalar), 1 idman məktəbinin əsaslı təmir olunduğunu, 2 məktəbdə (145 və 220 №-li məktəblər) əlavə tədris korpusu tikildiyini, Keşlə qəsəbəsi, Babək prospekti, 2269-cu məhəllədə 640 şagird yerlik yeni 328 №-li məktəb inşa olunduğunu, həmin proqrama əsasən əsaslı təmirinə 2013-cü ildə başlanmış 12, 32, 238 və 272 №-li məktəblərdə və 175 №-li uşaq bağçasında işlərin başa çatdıdığını, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən rayonun daxili resursları hesabına 61 №-li məktəbin ərazisində süni örtüklü voleybol, basketbol və futbol meydançaları qurulduğunu, 214 №-li məktəbdə əsaslı təmir işlərinin yekunlaşmaq üzrə olduğunu, Bakı Texniki Kollecində isə əsaslı təmir və yenidənqurma işlərinin davam etdiyini söylədi. Həmçinin sentyabr ayının 9-da rayon ərazisində Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasının istifadəyə verildiyini qeyd etdi.
G.İsrafilova çıxışında 2013-2014-cü tədris ilində də rayonumuzun təlim-tərbiyə müəssisələrinin bir sıra uğurlara imza atdığını, rayon, şəhər və respublika səviyyəli tədbirlərdə, müsabiqələrdə, yarışlarda, olimpiadalarda nailiyyətlər qazanıldığını bildirdi. Ötən dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 2083 şagird bitirdiyini və onlardan ali məktəblərə sənəd vermiş 1907 nəfərdən 1262 nəfərinin, yəni 66,1 faizinin tələbə adını qazandığını nəzərə çatdırdı. Həmçinin 2014-cü ildə rayon üzrə 3 nəfərin 700 bal, 90 məzunun isə 600-dən yuxarı bal topladığını, onlardan da 30 nəfərinin 650 baldan yüksək nəticə göstərdiyini vurğuladı. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunlardan Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 7 nəfərinin Nizami rayon məktəblərini bitirənlər (“Zəngi” liseyi - 1 nəfər, Kimya-biologiya liseyi - 1 nəfər, “Dədə Qorqud” türk liseyi - 2 nəfər, 214, 238 və 312 №-li məktəblərin hər birindən 1 nəfər) olduğunu söylədi.
Sonra Fəttah Heydərov, Sədaqət Vəliyeva, Fidumə Hüseynova, çıxış edərək, bütün təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək, təhsil sahəsində qazanılmış uğurlara görə rayon rəhbərliyinə, məktəb direktorlarına və müəllim kollektivlərinə öz minnətdarlıqlarını bildirdilər və onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladılar.
Tədbirin sonunda müxtəlif müsabiqələrin qalibləri, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar, Beynəlxalq olimpiadalarda və idman yarışlarında fərqlənən şagirdlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər