Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb

24 mart 2022 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və yaxınları 23 mart 2022-ci il tarixində şəhid Cəfərov Vüqar İnşallah  oğlunun  və  24  mart  2022-ci  il  tarixində  şəhid  Quliyev  Hətəmxan  Məti  oğlunun  doğum  günlərində  II Fəxri Xiyabanda məzarlarını ziyarət edib, gül dəstələri düzüb və xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib və 05 oktyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Hətəmxan Quliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib və 28 sentyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 

 

Keçidlər