Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin qarşısında gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.

02 oktyabr 2014 | 15:00

02 oktyabr 2014-cü il tarixində Rayon İcra Hakimiyyətinin qarşısında gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası olaraq Nizami rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Mərasimin bədii hissəsində Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı polkovnik leytenant Rövşən Babayev, millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdılar və gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandir heyətinin verdiyi hər bir əmri səylə yerinə yetirməyi, sağ-salamat evə dönmələrini arzuladılar.
Hər bir gəncin hərbi sirləri dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün əsgəri xidmətə yollandığını qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov insanın şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin müstəsna rolu olduğunu diqqətə çatdırdı və çağırışçı gənclərə uğurlar arzuladı.
Sonda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək böyük ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.

Keçidlər